Bakı. Trend:
Avropa İttifaqı Şurası 90 milyard avroluq kredit paketi çərçivəsində 2027-ci ildə Ukraynaya 45 milyard avro vəsaitin ayrılmasına razılıq verib.
Bu barədə Aİ-nin Rəsmi Jurnalında dərc olunan sənəddə məlumat verilib.
Sənədə görə, maliyyə vəsaiti 2027-ci il yanvarın 1-dən dekabrın 31-dək olan müddətdə Ukraynaya təqdim ediləcək.
Ayrılacaq məbləğin 31,7 milyard avrosu Ukraynanın hərbi-sənaye kompleksinin maliyyələşdirilməsinə, 6,65 milyard avrosu "Ukraine Facility" mexanizmi çərçivəsində kredit formasında büdcə dəstəyinə, eyni həcmdə vəsait isə makromaliyyə yardımına sərf olunacaq.
Xatırladaq ki, Avropa Komissiyası sözügedən maliyyə paketinin ayrılmasını oktyabrın 30-da təsdiqləyib.