Bakı. Trend:
Sumqayıtda noyabrın 18-də dənizdə batan 2006-cı il təvəllüdlü Nəsrəddin Şahaliyevin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin məlumatına görə, hadisə Sumqayıt Dənizkənarı Bulvarının ərazisində baş verib.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları meyiti gəncin batdığı yerdən 600 metr aralıda, nəzarətsiz ərazidə aşkar ediblər.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.