Bakı. Trend:
Yardımlı rayonunun Gendərə kəndində azyaşlı su hövzəsində boğularaq ölüb.
Trend-in məlumatına görə, hadisə noyabrın 24-də baş verib. Kənd sakini, 2019-cu il təvəllüdlü Əli Qurbanlı yaşadığı kənddə yerləşən su hövzəsində boğulub.
Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.