Bakı. Trend:
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyunlarına start verilib.
Türkiyənin “Qalatasaray” klubu İngiltərənin “Aston Villa” komandası ilə qarşılaşıb. İstanbulda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu 77-ci dəqiqədə Dəniz Gül vurub.
Günün digər qarşılaşmasında Norveçin “Budyo-Qlimt” klubu Avstriyanın LASK komandasını 1:0 hesabı ilə məğlub edib.