Bakı. Trend:
Nigeriya Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin endirdiyi aviazərbələr nəticəsində 37 terrorçu zərərsizləşdirilib.
Bu barədə “Premium Times” qəzeti “Hadin Kay” (“Birlik”) əməliyyatının rəsmi nümayəndəsi Məhəmməd Qoniyə istinadən məlumat yayıb.
Aviazərbələr nəticəsində canlı qüvvə ilə yanaşı, ölkənin şimal-şərqində yerləşən Borno ştatında ekstremistlərin müvəqqəti dislokasiya məntəqələri və kustar üsulla hazırlanmış partlayıcı qurğuların anbarları da məhv edilib.
Uğurlu əməliyyat əvvəlcədən aparılmış hərtərəfli kəşfiyyat məlumatları əsasında həyata keçirilib. Cinayətkarların hansı qrupa mənsub olduqları barədə dəqiq məlumat verilməsə də, onların, ehtimal ki, “Boko Haram” terror qruplaşmasının üzvləri olduğu bildirilir.