Bakı. Trend:
"Nvidia" şirkəti Jensen Huangın baş direktor vəzifəsinə qaytarıldığını açıqlayıb.
Məlumata görə, şirkətin Direktorlar Şurası ABŞ hökumətinin yüksəkvəzifəli rəsmiləri ilə məsləhətləşmələrdən sonra Huangın vəzifəyə qayıtmasının milli təhlükəsizlik riski yaratmadığı qənaətinə gəlib.
Xatırladaq ki, Huang Çinin casusu olmaqda şübhəli bilinən iş qadını ilə nikahdankənar münasibətləri barədə məlumatların yayılmasından sonra istefa vermişdi.
Bununla belə şirkətin Direktorlar Şurası Huangın səmimiyyətindən və rəhbərlik qabiliyyətindən razı qaldığını, ABŞ hökumətinin yüksək vəzifəli rəsmilərinin mövqeyini də nəzərə alaraq onun vəzifəyə qayıtmasının milli təhlükəsizlik baxımından risk yaratmadığını bildirib.
ABŞ Prezidenti Donald Tramp da Huangın vəzifəyə qaytarılmasını dəstəkləyib. O, “Truth Social” platformasındakı paylaşımında "Nvidia" Direktorlar Şurasının Huangı yenidən işə götürməsinə ümid etdiyini bildirib və bunun həm şirkət, həm də ABŞ üçün ən yaxşı qərar olacağını qeyd edib.
Xəbərin yayılmasından sonra "Nvidia" səhmləri bazaröncəsi ticarətdə 25 faizdən çox bahalaşıb.