Bakı. Trend:
Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.
Günün son matçında “Kəpəz” “Qarabağ”ı qəbul edib.
Gəncə Stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Ağdam klubu 20 xalla dördüncü, ev sahibləri isə 18 xalla altıncı yerdədir.
Günün ilk matçında “Neftçi” Şamaxı şəhər stadionunda “Araz-Naxçıvan”ın qonağı olub. Görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qustavo Klisman dubl edib. Digər qolu isə Draqolyub Saviç vurub. Qonaqların heyətində Rüfət Abbasov avtoqol müəllifi olub.
Paytaxt klubu 27 xalla birinci yerdədir. Naxçıvan təmsilçisi 4 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.