"Məqsədim ölkədə maraqlı, ölkə üslubundan fərqli filmlər çəkib, yenilik yaratmaqdır. Bu filmin ərsəyə gəlməsi də həmin məqsəd sayəsində baş tutdu".
Bunu Metbuat.az-a açıqlamasında "A Drop Of Happiness" adlı qısametrajlı filmin rejissoru Ervin Paşa deyib. O bildirib ki, filmi öz kiçik komandaları ilə qısa müddət ərzində çəkiblər:
"Kiçik komandamız var. Bir araya gəlib bu ideya üzərindən ssenari yazdıq. Təxmini 3-4 günə filmi çəkdik, 1 ay da montaj, rəng və digər prosseslər baş tutdu. Film eyni zamanda kommersiya məqsədli, reklam xarakterlidir. Büdcə olmadığı üçün filmin dublyajını bu üslubda etməyi düşündük - sanki xarici filmdir, sonradan azərbaycan dilinə dublyaj olunub".
Gənc rejissorun sözlərinə görə, film hansısa festival üçün çəkilməsə də, hazır olduqdan sonra iki festivala göndəriblər.
Həmin filmi təqdim edirik:
Seyranə Quliyeva / Metbuat.az