Bakı.Trend:
Almaniyanın xarici işlər naziri İohann Vadeful Azərbaycana iki günlük səfərin ardından İrəvana gedib.
"Flightradar24" platformasının məlumatına görə, nazirin olduğu Almaniya Hərbi Hava Qüvvələrinə məxsus "Airbus A350-900" təyyarəsi Bakıdan Gürcüstanın hava məkanından keçməklə İrəvana çatıb.
Qeyd edək ki, İohann Vadeful noyabrın 17-18-də Azərbaycanda səfərdə olub.