Bakı.Trend:
Rusiya hava hücumlarından müdafiə (HHM) sistemləri gün ərzində rekord sayda dron zərərsizləşdirib.
TASS bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatlarına istinadən xəbər yayıb.
MN-nin məlumatına əsasən, HHM qüvvələri gün ərzində 9 ədəd “Flamingo” qanadlı raketini, bir idarəolunan aviasiya bombasını və təyyarə tipli 2 256 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Noyabrın 16-da isə HHM qüvvələrinin sutka ərzində 2 049 PUA vurduğu bildirilmişdi.