Bakı. Trend:
Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux istefa verdiyini açıqlayıb.
Bu barədə Uxnaaqiyn Xurelsux mətbuat konfransı zamanı deyib.
“Son bir ay ərzində bəzi qruplar prezidentin nüfuzuna və institutuna qarşı hücumlar edərək onun reputasiyasına xələl gətiriblər. Prezident xalqın birliyini təmsil edir və Silahlı Qüvvələrin Ali Baş Komandanıdır. Prezidentin şərəfinə hücum xalqın şərəfinə hücum deməkdir.
Mənə qarşı ağır ittihamlar irəli sürülüb, böhtan və təhqirlərə məruz qalmışam. Bir müddət susaraq vəziyyəti müşahidə etdim. Lakin məsul vəzifə daşıyan şəxs kimi bu gün açıqlama vermək qərarına gəldim. Qanun qarşısında hamı bərabərdir. Dünən Demokrat Partiyasının nümayəndələri prezidentin istefasını və araşdırma aparılmasını tələb ediblər. Mən bu mövqeyi dəstəkləyirəm”, – deyə o bildirib.
O, nüfuzuna xələl gətirən şəxslərin məsuliyyətə cəlb olunacağını və şərəfinin bərpa ediləcəyini vurğulayıb.