Bakı. Trend:
ABŞ administrasiyası İranla müharibənin iki il davam etməsinə imkan verməyəcək.
Bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində deyib.
O, həmçinin İranın nüvə proqramının ABŞ üçün hələ də təhlükə yaratdığını qeyd edib.
“Biz Amerika xalqına artıq sonsuz müharibələr aparmayacağımızı vəd etmişik. Bəli, Prezident İranın nüvə proqramını məhv etməyin zəruri olduğunu düşünürdü və bəli, İranın nüvə proqramı ABŞ üçün təhlükə yaradır. Lakin biz bu münaqişənin 10-15 il, hətta açığı, iki il davam etməsinə imkan vermək niyyətində deyilik”, – deyə Vens bildirib.