Bakı. Trend:
Bu gün "Azəri-Press" Agentliyinin (APA) fəaliyyətə başlamasından 22 il ötür.
Agentlik 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb, həmin il noyabrın 16-da fəaliyyətə başlayıb.
APA Azərbaycan, rus, ingilis, fars və fransız dillərində informasiya yayır. Agentlik ölkənin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatını, eləcə də dünyada baş verən hadisələri işıqlandırır.
Azərbaycanın regionlarında və bir sıra xarici ölkələrdə ofisləri olan APA beynəlxalq media qurumları ilə əməkdaşlıq edir.
Trend Beynəlxalq İnformasiya Agentliyi olaraq həmkarlarımızı APA-nın 22 illik yubileyi münasibətilə təbrik edir, kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!