Bakı.Trend:
Qara dənizin Bolqarıstan sularında Somali bayrağı altında üzən "BETUL 8" yük gəmisi batmaq təhlükəsi ilə bağlı həyəcan siqnalı verib. Gəminin heyəti onun batdığını bildirib.
"The Sofia Globe" nəşrinin yazdığına görə bu barədə ölkənin nəqliyyat nazirliyi məlumat yayıb.
Hadisə Kaliakra burnundan təxminən, 40 dəniz mili cənub-şərqdə baş verib. Hadisə yerinə "MCM Black Sea" mina əleyhinə dəniz qrupunun dörd gəmisi – iki Bolqarıstan, bir Rumıniya və bir Türkiyə gəmisi göndərilib.
Xilasetmə əməliyyatına, həmçinin Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus iki “Cougar” helikopteri və bir Su-25 təyyarəsi cəlb olunub. Onlar ərazidə müşahidə və kəşfiyyat aparırlar.
Gəmidə 12 nəfərlik heyət olub. BETUL 8 Rumıniyanın Tulça şəhərindən Misirə doğru hərəkət edir və təxminən 3 min ton buğda daşıyırdı.