Bu ilin I yarısında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 26,9 % artaraq 265,7 milyon manat olub.
Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 60,7 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,1 %-i ictimai iaşə xidmətlərindən, 3,3 %-i müalicə və sağlamlıq xidmətlərindən, 8,9 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 21,1 % səviyyəsində olub (ötən ilin yanvar-iyun aylarında 16,6 %). Bu göstərici Şabranda 49,1 %, Naftalanda 39,1 %, Bakıda 37,3 %, Qusarda 28 %, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.