Bakı. Trend:
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) milli hava hərəkətinin idarə edilməsi sisteminin sürətləndirilmiş modernləşdirilməsi zamanı potensial texniki nasazlıqlar barədə dəfələrlə xəbərdarlıq alıb.
Bu barədə “The Washington Post” qəzeti hökumət hesabatlarına istinadən bildirib.
Nəşrin məlumatına görə, ABŞ rəsmiləri köhnəlmiş aviasiya infrastrukturunu tez bir zamanda yeniləmək cəhdləri ilə bağlı risklər barədə əvvəlcədən məlumatlandırılıblar. Nəşrdə deyilir: “Amerikanın aviasiya tənzimləyicisi rəsmilərinə dəfələrlə xəbərdarlıq edilib ki, ölkənin hava nəqliyyatına nəzarət sisteminin sürətlə modernləşdirilməsinə tələsmək onun sıradan çıxmasına səbəb ola bilər”.
Qəzet qeyd edir ki, sentyabr ayında hökumətin nəzarət orqanı seçilmiş avadanlıqların dəyişdirilməsi üsullarının potensial nəticələrini izah edən hesabat dərc etmişdi. Sənəddə xəbərdarlıq olunurdu ki, bu cür işlər uçuşların müvəqqəti dayandırılması da daxil olmaqla, ciddi texniki problemlərə səbəb ola bilər.
Daha əvvəl “FlightAware” portalı ABŞ-da 8500-dən çox aviareysin təxirə salındığını bildirmişdi.