Bakı. Trend:
ABŞ-də dizel yanacağının orta qiyməti son iki ay ərzində ilk dəfə bir qallon (3,785 litr) üçün 6 dollar həddindən aşağı düşüb.
Bu barədə "GasBuddy" xidmətinin neft bazarının təhlili şöbəsinin rəhbəri Patrik De Haan məlumat verib.
Onun sözlərinə görə, noyabrın 14-də ABŞ-də dizel yanacağının bir qallonunun orta qiyməti 5,99 dollara enib.
Bununla belə, Amerika Avtomobil Assosiasiyası (AAA) bir qədər yüksək göstərici açıqlayıb. Assosiasiyanın məlumatına əsasən, ölkədə dizel yanacağının orta qiyməti hazırda bir qallon üçün 6,04 dollar təşkil edir.