Bakı.Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan Dublindəki hoteldə dabançəkənin olmamasından şikayətlənib.
Bu barədə o sosial Facebook səhifəsində Dublindəki hoteldən görüntüsünü paylaşıb. Videoda o, dabançəkəndən istifadə etmədən ayaqqabı geyinməyə çalışır.
“Bu hoteldə nədənsə dabançəkən yoxdur. Ayaqqabını əziyyətlə geyinməli olacağam”, – deyə baş nazir bildirib.
Video “Elit həyatın fəsadları” yazısı ilə müşayiət olunub.
Nikol Paşinyan Avropa Siyasi Birliyinin (ASB) IX sammitində iştirak etmək üçün işgüzar səfərlə İrlandiyaya gedib. Səfər çərçivəsində onun xarici həmkarları ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.