Bakı.Trend:
Enerji çatışmazlığı səbəbindən Kiyevdə küçələrin işıqlandırılması müvəqqəti dayandırılacaq.
Bu barədə “Kiyevqorsvet” şirkəti “Facebook” səhifəsində məlumat yayıb.
“Kiyevdə elektrik enerjisi çatışmazlığı səbəbindən küçələrin xarici işıqlandırılması müvəqqəti dayandırılır”, – məlumatda bildirilib.
Qeyd olunub ki, yalnız xəbərdarlıq sistemlərinin enerji ilə təmin olunduğu ərazilərdə işıqlandırma saxlanılacaq.
“Kiyevqorsvet” buna səbəb kimi enerji infrastrukturuna dəyən ziyanı göstərib. Bu ziyan Ukraynanın paytaxtında elektrik enerjisi çatışmazlığının kritik həddə çatmasına səbəb olub.
Bundan əvvəl Ukrayna Ali Radasının Nəqliyyat və İnfrastruktur Komitəsi sədrinin müavini Vladimir Kreydenko bildirib ki, körpülərlə bağlı vəziyyət pisləşəcəyi təqdirdə Kiyev sol və sağ sahillər olmaqla iki hissəyə ayrıla bilər.
Kreydenkonun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin zərbələri kritik infrastruktura ziyan vurmaqda davam edərsə və şəhər rəhbərliyi alternativ həllər hazırlamazsa, metronun uzun müddət fəaliyyətini dayandırması və nəqliyyat sisteminin iflic olması riski yüksəkdir.