Bakı. Trend:
İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət başçılarının sammiti 3-4 dekabrda Tehranda keçiriləcək.
İranın Birinci vitse-prezidentinin informasiya portalının məlumatına görə, bunu Birinci vitse-prezident Məhəmməd Rza Arif çərşənbə günü (11 noyabr) Tehranda Nazirlər Kabinetinin iclasında deyib.
“İƏT-ə üzv ölkəklərin dövlət başçılarının iclasının uyğun səviyyədə keçirilməsi üçün lazımi işlərin həyata keçirilməsinə başlanıb və bütün nazirlər sözügedən sammitin təşkilatçı komitəsi ilə lazımi əməkdaşlığı etməlidir”, -deyə o bildirib.
Arif qeyd edib ki, bu sammit İƏT-ə üzv ölkələr üçün dəyərli imkanlar yaradacaq və regional əməkdaşlığın inkişafına köməklik göstərəcək.
İran rəsmisi əlavə edib ki, İran prezidenti Məsud Pezeşkian BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransının sammitində iştirak etmək məqsədilə Türkiyə səfəri çərçivəsində ətraf mühitin qorunması üçün prinsipial mövqeyi bəyan edəcək. İran həmişə beynəlxalq iclaslarda ətraf mühitin qorunmasında ciddi iştiraka sahib olub.