Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın kürəkəni və danışıqlardakı nümayəndəsi Cared Kuşner çərşənbə axşamı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilən üçtərəfli görüşləri konstruktiv adlandırıb.
Bu barədə Cared Kuşner "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Biz bugünkü konstruktiv danışıqların nəticələrindən ruhlanmışıq. Prezidentin tapşırığı ilə bu dağıdıcı müharibəyə son qoymaq, Ukraynanın suverenliyini, təhlükəsizliyini və rifahını, eləcə də Avropada davamlı sülhü təmin edəcək təhlükəsizlik razılaşmaları hazırlamaq üzərində işləyirik", – deyə Kuşner bildirib.