Kəlbəcərdə 55 yaşlı kişi minaya düşüb.
Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Ağdaban kəndində qeydə alınıb.
Minaya düşən 1969-cu il təvəllüdlü Hüseynov Xəlifə Həsən oğlunun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə Kəlbəcər RPŞ-nin əməkdaşları cəlb olunub. Şəxs xəstəxayana çatdırılıb.