Bakı.Trend:
Türkiyənin İzmir şəhərinin Aliağa rayonunda yerləşən "HABAŞ" dəmir-polad zavodunda partlayış baş verib.
Bu barədə “Milliyet” qəzeti məlumat yayıb.
Partlayışdan sonra zavodun ərazisində yanğın başlayıb və ərazidən güclü tüstü yüksəlib. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.
TRT müxbirinin məlumatına görə, partlayış karbon qazının doldurulması məntəqəsində baş verib və zavoda ciddi ziyan dəyib. Hadisə nəticəsində ölən və yaralanan işçilərin olduğu bildirilir.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisənin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib