Kür çayını Yevlax rayon ərazisindən keçən hissəsində kişi meyti tapılıb.
Modern.az xəbər verir ki, meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Araşdırma zamanı meyitin Şəmkir rayon sakini, 1972-ci il təvəllüdlü Pənahov Xaliq Vaqif oğluna aid olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.