Bakı.Trend:
ABŞ-nin Nyu-Cersi ştatının sakini "Powerball" lotereyasında altı rəqəmi düzgün təxmin edərək 847 milyon dollar məbləğində cekpot qazanıb.
Bu barədə “New York Post” (NYP) qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, uduşlu biletin sahibi illər ərzində, hissə-hissə ödəniləcək 847 milyon dollarlıq cekpotu seçə və ya birdəfəlik 363,1 milyon dollar məbləğində nağd ödəniş ala bilər.
Nəşrin qeyd etdiyi kimi, uduşun məbləği 500 min dolları keçdiyindən qalib federal vergilər şəklində 24 faiz, həmçinin Nyu-Cersi ştatının büdcəsinə 8 faiz vergi ödəməli olacaq. Qalibin adı açıqlanmır. Ştat qanunvericiliyinə əsasən, o, anonim qalmaq hüququna malikdir.
Qeyd edək ki, "Powerball" lotereyasında əsas mükafatı qazanmaq ehtimalı 292 milyon 201 min 338-də birdir.