Bakı. Trend:
Sabah Ağdaş rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 6-da saat 09:30-dan etibarən işlər başa çatanadək Ağdaş rayonunun Gürcüva kəndində, eləcə də şəhərin 20 Yanvar, M. Vaqif və Məşəd küçələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.