Bakı. Trend:
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin təşəbbüsü ilə Türkmənistan Dövlət Rəssamlıq Akademiyasında Azərbaycanın Heydər Əliyev Fondu təşkilatçılığı və Türkmənistanın Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya Ehtiyacı Olan Uşaqlara Yardım üzrə Xeyriyyə Fondunun dəstəyi ilə təşkil edilmiş “MAMA NATURE” (“Ana təbiət”) beynəlxalq incəsənət sərgisinə ekskursiya təşkil olunub.
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən verilən məlumata görə, Türkmənistan xarici işlər nazirinin müavini Mehri Başimova və Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifovanın iştirakı ilə baş tutan tədbirdə ölkədə akkreditə olunmuş xarici diplomatik missiyaların rəhbərləri və əməkdaşları, media nümayəndələri, həmçinin, müəllimlər, tələbələr və ictimaiyyət təmsilçiləri iştirak etmişlər.
Ekskursiya zamanı iştirakçılar sərgidə nümayiş olunan sənət əsərləri ilə tanış olub, layihənin əsas ideyası və konsepsiyası barədə məlumat əldə ediblər.
Qeyd edilməlidir ki, 20 oktyabr 2026-cı il tarixində Türkmənistan Dövlət Rəssamlıq Akademiyasında açılan sərgi 30 noyabr 2026-cı il tarixinədək ziyarətçilər üçün açıq olacaqdır.









