Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Yunanıstanın daxili işlər nazirinin müavini Paraskevi Xaralamboyanni ilə görüşüb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə,görüşdə rəqəmsal inkişaf istiqamətində ölkələrimiz arasında əməkdaşlıq imkanları müzakirə edilib.
Saməddin Əsədov Azərbaycanda rəqəmsallaşmanın inkişafı və innovasiya ekosisteminin təşviqi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, “mygov”, “Digital Bridge”, “Digital Login”, SİMA kimi əsas rəqəmsal təşəbbüslər dövlət xidmətlərinin vahid elektron sistemdə inteqrasiyasını, məlumat mübadiləsinin operativliyini, vətəndaşların dövlət xidmətlərindən rahat istifadəsini təmin edir.
Görüşdə rəqəmsal transformasiya, dövlət idarəçiliyinin müasirləşdirilməsi və bu sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


