Bakı. Trend:
ABŞ Konqresinin Senatına keçirilən aralıq seçkilərin nəticələrinə əsasən, Demokratlar Partiyası ən azı 51 yer qazanacaq. Bu, onlara yuxarı palataya nəzarəti ələ keçirməyə imkan verəcək.
Bununla bağlı qiymətləndirməni “Bloomberg” agentliyi təqdim edib.
Senatın hazırkı tərkibindəki 100 yerdən 53-nə respublikaçılar, 47-nə isə demokratlar və onları dəstəkləyən müstəqil namizədlər nəzarət edir.
Qeyd edək ki, ABŞ-də aralıq seçkilər keçirilir. Amerikalılar 100 senatordan 35-ni və Nümayəndələr Palatasının 435 üzvünün hamısını seçirlər.