Bakı. Trend:
Kişilərdən ibarət “Xilasedici” voleybol komandası CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyununu keçirib.
Azərbaycan təmsilçisi Bakıda Portuqaliyanın “Sportinq” klubu ilə üz-üzə gəlib. Qarşılaşma rəqib komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb – 25:23, 19:25, 23:25, 25:23, 15:10.
Görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunub.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması noyabrın 11-də Portuqaliyada keçiriləcək.