Bakı. Trend:
Londonun ICE birjasında Brent markalı neftin 2027-ci ilin yanvar ayı üçün fyuçerslərinin qiyməti oktyabrın 16-dan bəri ilk dəfə bir barel üçün 105 dollardan aşağı enib.
Bakı vaxtı ilə saat 20:37-yə olan məlumata görə, Brent markalı neftin qiyməti 7,51 faiz ucuzlaşaraq bir barel üçün 104,91 dollar təşkil edib.
Saat 20:42-yə olan məlumata görə isə qiymət enişini davam etdirərək 7,75 faiz azalıb və bir barel üçün 104,64 dollara düşüb.
Eyni zamanda, dekabr ayı üçün WTI markalı xam neftin fyuçerslərinin qiyməti 7,25 faiz ucuzlaşaraq bir barel üçün 96,57 dollar təşkil edib.