"WhatsApp" mesencerinə söhbət mesajlarını tərcümə etmək imkanı əlavə edilir.
Metbuat.az xəbər verir ki, funksiya istifadəçilər üçün pulsuz təqdim ediləcək və beta versiyasında olacaq.
İlkin olaraq altı dilin - rus, ingilis, ərəb, ispan, portuqal (Braziliya) və hindi dillərinin dəstəklənməsi planlaşdırılır. Siyahı qısa müddətdə genişlənəcək. Yeni funksiyanın tam buraxılış tarixləri hələ məlum deyil.