Bakı. Trend:
Bu gün Azərbaycan Premyer Liqasının X turunda daha iki oyun keçiriləcək.
Saat 15:00-da “Şamaxı” “Neftçi”ni qəbul edəcək.
Hazırda “Neftçi” (9 oyun) 18 xalla turnir cədvəlinin üçüncü, “Şamaxı” (9 oyun) isə 13 xalla yeddinci pilləsində qərarlaşıb.
Saat 17:30-da isə “Kəpəz” “İmişli”ni qəbul edəcək. Bu komandalardan “Kəpəz” (8 oyun) 14 xalla altıncı, “İmişli” (9 oyun) isə 10 xalla səkkizinci pillədədir. Turnir cədvəlinə 20 xalla “Sabah” (9 oyun) liderlik edir.