Bakı. Trend:
Azərbaycan Premyer Liqasının X turunda daha bir qarşılaşma keçirilib.
"Qəbələ" doğma meydanda "Qarabağ"ı qəbul edib.
Qəbələ şəhər stadionunda baş tutan görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Bu nəticədən sonra "Qarabağ" 19 xalla ikinci pillədə qərarlaşıb. 8 xalı olan "Qəbələ" isə 10-cudur.
Qeyd edək ki, turun əvvəlki oyununda "Turan Tovuz" evdə "Sabah"ı 3:2, "Araz-Naxçıvan" isə "Zirə" ilə 2:2 hesablı heç-heçə edib.