Bərdə. Trend:
Bərdədə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, qəza keçmiş məcburi köçkünlər üçün salınmış 588 saylı qəsəbənin ərazisində baş verib.
Qəsəbə sakini, 2009-cu il təvəllüdlü Şirin Səfərzadə İlham oğlu idarə etdiyi “VAZ-21011” markalı, 02-BC-021 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, təcili tibbi yardım avtomobili ilə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.