Bakı.Trend:
Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyadın şəhər kənarında pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya hava hücumundan müdafiə qüvvələrinin PUA-nı ələ keçirərək məhv etdiyini bildirib.
Dronun hansı ölkəyə məxsus olduğu və hadisənin digər təfərrüatları açıqlanmayıb.