Bakı. Trend:
Bu ilin oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 35,739 milyard manat təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatı əsasında hesablamasına görə, banklar və qeyri-banklar tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşunun həcmi bir ay əvvələ nisbətən 855,4 milyon manat və ya 2,4%, 2025-ci ilin oktyabrın 1-nə nisbətən isə 4,698 milyard manat və ya 15,1% artıb.
Hesabat dövründə kredit qoyuluşunun 8,799 milyard manatı dövlət banklarının payına düşüb ki, bu da aylıq müqayisədə 211,7 milyon manat və ya 2,5%, illik müqayisədə isə 1,209 milyard manat və ya 15,9% artım deməkdir.
Bəhs olunan dövrdə iqtisadiyyata kredit qoyuluşlarının 24,886 milyard manatı özəl bankların payına düşüb. Bu isə bir ay əvvələ olan göstərici ilə müqayisədə 648,9 milyon manat və ya 2,7%, ötən ilin oktyabrın 1-nə olan göstəriciyə nisbətən isə 3,2 milyard manat və ya 14,7% çoxdur.
Beləliklə, dövr ərzində özəl bankların kredit qoyuluşu dövlət banklarını 16,087 milyard manat və ya 2,8 dəfə üstələyib.
Bundan başqa, bu ilin oktyabrın 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 2,055 milyard manat olub ki, bu da aylıq müqayisədə 5,1 milyon manat və ya 0,3% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 289,2 milyon manat və ya 16,4% artıb.
Qeyd edək ki, hesabat dövründə dövlət bankları tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 24,6%-ni, özəl banklar tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 69,6%-ni, bank olmayan kredit təşkilatları tərəfindən qoyulan kredit qoyuluşu ümumi kredit qoyuluşunun 5,7%-ni təşkil edib.