Bakı. Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatları ilə müxalifət nümayəndələri arasında baş verən davada hakim partiya üzvlərinin hərəkətlərini dəstəkləyib.
Paşinyan hadisəyə görə bütün məsuliyyəti müxalifətin üzərinə qoyaraq hakim partiyanın deputatlarının hərəkətlərini “mütənasib və düzgün” adlandırıb.
Baş nazir bildirib ki, kimsə Ermənistan parlamentinin deputatına əl qaldırmağa cəhd edərsə, buna sərt cavab veriləcək.
“Əgər kimsə düşünürsə ki, parlament deputatına əl uzadıb onu vura bilər, biz sadəcə həmin əli sındırarıq. Lazım gəlsə, stulla da sındırarıq”, – Paşinyan deyib.
Qeyd edək ki, Ermənistan parlamentində hakim partiyanın deputatları ilə müxalifət nümayəndələri arasında baş verən qarşıdurma zamanı əlbəyaxa dava və stullardan istifadə edilməsi barədə videogörüntülər yayılıb.