Bakı.Trend:
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov “K-13 Komandası” adlı silahlı bölmə yaradıb.
Bu barədə “Komanda_k13”adlı “Instagram” hesabında məlumat verilib.
Dərc olunan fotoda Adam Kadırov silahlı və döyüş geyimində olan 18 kişinin əhatəsində poz verib.
Şəkillərdəki qeydlərə əsasən, bölməyə Çeçenistanın yüksəkvəzifəli rəsmilərinin qohumları da daxil olub. Onların arasında respublikanın baş naziri Maqomed Daudovun oğlu Ramzan və baş nazirin müavini Abuzayd Vismuradovun qardaşı oğlu Axmat da var.
Paylaşımda komanda nizam-intizam, məsuliyyət və işə sədaqət prinsiplərini rəhbər tutan şəxslərin birliyi kimi xarakterizə olunur.