2024-cü ilin sonuna kimi, sənədsiz evlərin dövlət qeydiyyatına alınması üçün yeni portalın istifadəyə veriləcəyi gözlənilir. Artıq bununla bağlı işlərə başlanılıb. Bəs, əmlak amnistisiyası hansı evlərə şamil olunmayacaq?
Mövzu ilə bağlı Metbuat.az-a danışan əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, çıxarışı olmayan əmlaklar, torpaq sahələri, qeyri-yaşayış obyektlərinin böyük hissəsi paytaxt Bakı və Abşeron ərazisində yerləşir:
"Bu əmlaklara çıxarışların verilməməsinin müxtəlif səbəbləri var. Əsas səbəbi həmin torpaqların digər təyinatlı torpaqlar olmasıdır. Onların təyinatı dəyişdirilməli, sonra çıxarış verilməlidir".
Ekspert qeyd edib ki, əmlak amnistiyasının tətbiq olunması vətəndaşların mülkiyyət hüququnun tanınması ilə barabər, dövlət büdcəsinə gəlirlərin gəlməsi deməkdir:
"Bu həm də qeyri-neft sektorunun inkişafına gətirib çıxaracaq. Çıxarışı olmayan əmlaklar sığorta, ipoteka predmetinə çevrilə bilmir. Təbii ki, sadalananlardan əlavə bir çox sayda predmetlər var ki, əgər bu əmlakların çıxarışı, sığortası olsaydı, əmlak və torpaq vergisi zamanı və digər müddəalarda dövlət büdcəsinə külli miqdarda vergilər toplana bilərdi. Bu baxımdan əmlak amnistiyasının təqbiq olunması zamanı vətəndaşların mülkiyyət hüqunun formalaşması ilə bərabər, dövlət büdcəsinədə külli miqdarda gəlirlərin gəlməsinə səbəb olacaq".
Ekspertin sözlərinə görə, qadağan olunmuş ərazilərdə tikilən bir qisim fərdi yaşayış evləri var ki, qanunvericiliyə əsasən həmin əmlaklara çıxarış verilə bilməz:
"Bura yüksək gərginlikli elektrik naqilləri altında tikilmiş, aktiv neft mədənləri və vulkanik ərazidə yerləşən evlər daxildir".
Seyranə Quliyeva / Metbuat.az