Bakı. Trend:
"Barselona" yarımmüdafiəçi Mark Bernalın müqaviləsinin müddətini artıracaq.
Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
La Liqa nəhəngi artıq İspaniyalı futbolçu ilə razılıq əldə edib. Yaxın günlərdə Bernalla 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanacaq. Yeni anlaşmada 19 yaşlı oyunçunun sərbəstqalma məbləği 500 milyon avro təyin ediləcək.
Qeyd edək ki, Mark Bernal "Barselona"nın yetirməsidir. İspaniya U-21 millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.