Bakı.Tren:
“Condé Nast Traveller” nəşri 2026-cı ildə Avropanın ən mehriban və qonaqpərvər şəhərlərinin siyahısını hazırlayıb
Bu barədə “Euronews” telekanalı məlumat yayıb.
Portuqaliyanın Porto şəhəri nəşrin oxucularının versiyasına görə , Avropanın ən qonaqpərvər şəhəri seçilib. Ölkənin paytaxtı Lissabon isə ikinci yerdə qərarlaşıb.
“Readers’ Choice Awards 2026” mükafatlarının nəticələrinə əsasən, reytinq şəhərlərdə yerli sakinlərin qonaqpərvərliyi, turistlərə münasibəti və ümumi atmosferi nəzərə alınmaqla hazırlanıb.
Jurnal Portonun özünəməxsusluğu, rahat mühiti, zəngin mətbəxi və mədəni həyatı ilə seçildiyini vurğulayıb. Lissabon isə mənzərəli küçələri, fado musiqisi, yerli mətbəxi və canlı şəhər həyatı ilə diqqət çəkib.
Avropanın ən qonaqpərvər 15 şəhəri
Condé Nast Traveller jurnalının 2026-cı il üzrə Readers’ Choice Awards reytinqinə əsasən:
1. Porto, Portuqaliya
2. Lissabon, Portuqaliya
3. Amsterdam, Niderland
4. Stokholm, İsveç
5. Valletta, Malta
6. Edinburq, Şotlandiya
7. Vyana, Avstriya
8. Krakov, Polşa
9. Palma, İspaniya
10. Qranada, İspaniya
11. Genuya, İtaliya
12. Kork, İrlandiya
13. Paris, Fransa
14. Roma, İtaliya
15. Reykyavik, İslandiya
Qeyd edək ki, Condé Nast Traveller jurnalı hər il analoji siyahı hazırlayır.