Bakı. Trend:
Papua-Yeni Qvineyaya məxsus Yeni Britaniya adası sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, zəlzələnin episentri 26,2 min nəfərin yaşadığı Kokopo şəhərindən 121 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.