Bakı. Trend:
Lənkəranda kişi arvadını və azyaşlı uşağını bıçaqlayıb.
Trend-in məlumatına görə, 1992-ci il təvəllüdlü Allahşükür Ağazadə həyat yoldaşı, 1997-ci il təvəllüdlü Rəvanə Ağazadəyə və 2023-cü il təvəllüdlü övladına bıçaqla xəsarətlər yetirib.
TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, oktyabrın 13-də saat 08:10 radələrində bir qadın və bir oğlan uşağı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara qarın boşluğu və döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları, hipovolemik şok diaqnozları qoyulub. Hər iki xəstəyə zəruri tibbi xidmətlər göstərilib.
2023-cü il təvəllüdlü azyaşlının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.
1997-ci il təvəllüdlü qadın isə əməliyyat blokuna alınıb, əməliyyatı davam edir.