Bakı. Trend:
Dünən Heydər Əliyev Mərkəzində “44” bədii filminin premyerası keçirilib.
Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, filmin nümayişindən sonra keçirilən mərasim rəmzi və qürurverici anlarla yadda qalıb.
Tədbirin sonunda “İndi isə səhnəyə bizim qəhrəmanları dəvət edirik” elanı səsləndirilib. Həmin anda zalda filmin aktyor və yaradıcı heyətinin səhnəyə çıxacağı gözlənilsə də, səhnəyə Vətən müharibəsi şəhidlərinin anaları dəvət olunublar.
Bu an mərasim iştirakçıları üçün duyğusal və yaddaqalan məqamlardan biri olub.