Bakı. Trend:
Almaniyanın Köln şəhərində yeniyetmə qıza qarşı seksual hərəkətlər edən robotla bağlı hadisənin təfərrüatları araşdırılır.
“Tagesschau” nəşrinin məlumatına görə, hadisə 16 yaşlı qızın rəfiqələri ilə birlikdə restorandan çıxdığı zaman baş verib.
Hündürlüyü bir metrdən bir qədər çox olan robot yeniyetməyə yaxınlaşıb və ona qarşı seksual xarakterli hərəkətlər edib. Hadisə zamanı yaxınlıqda 16 yaşlı yeniyetmə və 19 yaşlı dostu olub. Onların baş verənləri mobil telefonla lentə aldıqları bildirilir. Ehtimal olunur ki, robotun hərəkətlərini də onlar idarə ediblər.
Polis şübhəliləri saxlayarkən robot avtomobilin baqajında olub. Robot və şübhəlilərin mobil telefonları müsadirə edilib.
Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır.