Bakı. Trend:
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə oktyabrın 11-də saat 06:30 radələrində Bərdə şəhərinin Səməd Vurğun küçəsində qeydə alınıb.
Nizami Cəfərov idarə etdiyi, özünə məxsus “Mercedes-Benz C220 CDI” markalı avtomobillə hərəkətdə olarkən piyada, 1955-ci il təvəllüdlü Əsli Muradovanı vurub.
Piyada aldığı xəsarətlərdən Bərdə Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.