Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə razılaşma əldə etmək istədiyini bildirib. O, Ukrayna Prezidenti Volodimir Zelenskini kompromisə getmək istəməməkdə ittiham edib.
“Düşünürəm ki, Rusiya razılaşma əldə etmək istəyir. Biz bu barədə dəfələrlə danışmışıq. Rusiya razılaşma əldə etmək istəyir, lakin nədənsə Zelenski razılaşma əldə etmək istəmir”, – Tramp jurnalistlərə bildirib.
Vladimir Putinin cümə günü baş tutan son telefon danışığı zamanı ona nə dediyi barədə suala cavab verən Tramp qeyd edib ki, Putin “nizamlanmanın əldə olunmasını istərdi. Prezident Putin qətiyyətlə nizamlanmanın tərəfdarıdır”.
Bundan əvvəl Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini sərt tənqid edərək, Ukraynanın “yeni prezidentə sahib olmasının” vaxtının çatdığını bildirib və Ukraynanın Rusiyanın karbohidrogen infrastrukturlarına endirdiyi zərbələri pisləyib.
“Müharibəyə son qoymaq üçün Rusiya ilə razılaşma əldə edə biləcək yeni lider seçməyi onlara tövsiyə edirəm”, – Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
Vladimir Putinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ prezidentinin Ukraynada yeni prezident seçilməsi ilə bağlı çağırışını alqışlayıb və Amerika liderinin fikirlərini “ikonik və tarixi” adlandırıb.
“Prezident Tramp Ukraynanın Zelenskinin müharibə tərəfdarı siyasətinə deyil, həqiqətən sülhə yönəlmiş rəhbərliyə ehtiyacı olduğunu düşünən çoxsaylı şəxslərə qoşulur... İkonik və tarixi”, – Kirill Dmitriyev X sosial şəbəkəsindəki paylaşımında bildirib.