Bakı. Trend:
2026/2027 mövsümündə İspaniya La Liqasının 8-ci turu çərçivəsində “Barselona” və “Xetafe” komandaları arasında keçirilən oyun başa çatıb. Barselonadakı “Spotify Kamp Nou” stadionunda baş tutan görüşün baş hakimi Xesus Gil Mansano (Don-Benito) olub. Meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar.
2-ci dəqiqədə “Barselona”nın yarımmüdafiəçisi Entoni Qordon hesabı açıb. 30-cu dəqiqədə hücumçu Qabriel Jezus kataloniyalıların üstünlüyünü iki topa çatdırıb. 73-cü dəqiqədə isə meydan sahiblərinin müdafiəçisi Jül Kunde oyunda son nöqtəni qoyaraq hesabı 3:0 edib.
İspaniya çempionatında keçirdiyi səkkiz oyundan sonra 24 xal toplayan “Barselona” turnir cədvəlinə başçılıq edir. Səkkiz xalı olan “Xetafe” isə 14-cü pillədə qərarlaşıb.
Növbəti matçında “Barselona” oktyabrın 17-də səfərdə “Betis”lə qarşılaşacaq. “Xetafe” isə oktyabrın 19-da doğma meydanda “Rayo Valyekano”nu qəbul edəcək.