Bakı. Trend:
Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, sürücü ölüb.
Trend-in məlumatına görə, bu gün saat 19:00 radələrində Şəki–Qax yolunun Şəki rayonu ərazisindən keçən hissəsində “Opel” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Nəticədə sürücü, 47 yaşlı Aftandil Mirzəyev aldığı xəsarətlərdən həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.